Xəbər lenti

Sumqayıda bıçaqlanma - Kərimov xəstəxanaya, Bayramov isə polis bölməsinə aparıldı
Ölkə 23:55 06.07.2026

Sumqayıda bıçaqlanma - Kərimov xəstəxanaya, Bayramov isə polis bölməsinə aparıldı

Sumqayıtda bıçaqlanma ilə nəticələnən insident baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Stansiya Sumqayıt yaşayış massivi ərazisində qeydə alınıb.

Məlumata görə, şəhər sakinləri arasında yaranan mübahisə zamanı 1988-ci il təvəllüdlü F.Kərimov bıçaq xəsarəti alıb.

Yaralı dərhal tibbi müəssisəyə çatdırılıb və ona zəruri yardım göstərilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü K.Bayramov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır, hadisənin başvermə səbəbləri və təfərrüatları dəqiqləşdirilir.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->