Xəbər lenti

Sumqayıt boksçuları 4 medal qazandı (FOTO)
Foto 16:45 11.02.2025

Sumqayıt boksçuları 4 medal qazandı (FOTO)

Boks üzrə yeniyetmələr arasında keçirilən Azərbaycan çempionatında Sumqayıt boks məktəbinin yetirmələri növbəti dəfə fərqlənib. 

Qaynarinfo xəbər verir ki, Sumqayıt boksçularından Məhəmməd Rəsulov, Şükar Əliyev, Hüseyn Quliyev və Azad Hüseynov medal qazanıb. 
Məhəmməd Rəsulov 50 kq çəki dərəcəsində 1-ci yer, Şükar Əliyev 70 kq çəki dərəcəsində 2-ci yer, Hüseyn Quliyev 48 kq çəki dərəcəsində 3-cü yer və Azad Hüseynov 80+ kq dərəcəsində 3-cü yeri tutub. 

Adıçəkilən boksçular məşqçi Xaqani Əliyevin yetimələridir. 

Xaqani Əliyev peşəkar məşqçi kimi tanınır. Onun yetirmələri bundan əvvəl də yerli və beynəlxalq turnirlərdə mükafat qazanıb. Məsələn, ötən ay boks üzrə gənclər arasında keçirilən Azərbaycan çempionatında Xaqani Əliyevin yetirməsi Nihad Qasımov 51 kq çəki dərəcəsində 1-ci yerə çıxıb. O, həmçinin boks üzrə Avropa çempionatının gümüş medalçısıdır. 

Bundan başqa, Şükar Əliyev Avropa çempionatında 3-cü olub. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->