XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

“Sumqayıt”dan yeni transfer
İdman16:02 15.08.2024

“Sumqayıt”dan yeni transfer

"Sumqayıt” klubu daha bir futbolçunu heyətinə cəlb edib.

Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Alan Diasla 1+2 illik müqavilə imzalanıb.

25 yaşlı braziliyalı müdafiəçi komandada 5 nömrəli formanı geyinəcək.

Sumqayıtın eyniadlı təmsilçisi bugünə qədər Rəhim Sadıxov, Fernando Medeiros, Slavişa Radoviç, Nikola Vuynoviç, Sərtan Taşqın və Silvanus Nimelinin keçidini reallaşdırıb.