Xəbər lenti

Sumqayıt işıq idarəsinin telefonunu kəsdilər - borca görə
Ölkə14:08 03.05.2016

Sumqayıt işıq idarəsinin telefonunu kəsdilər - borca görə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sumqayıt Elektrik Şəbəkəsi idarəsinin telefonu kəsilib. Bu barədə Qaynarinfo.az-a etibarlı mənbədən məlumat daxil olub.
Sumqayıt Telefon Qovşağı idarəyə telefon xidmətini dayandırıb. Buna səbəb isə Sumqayıt Elektrik Şəbəkəsi xidmət haqqını ödəməməsi olub. İdarənin ümumilikdə 3600 manat telefon borcu var. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməyib. Bu səbəbdən də Sumqayıt Telefon Qovşağı xidməti dayandırıb.
Maraqlıdır ki, bütün elektrik idarələri kimi Sumqayıt Elektrik Şəbəkəsi də 20-30 manat borca görə belə abonetlərə elektrik enerjisi verilişini dayandırır. Amma özləri dövlətin 3600 manat borcunu aylardır ödəmək istəmirlər. Yəqin ki, belə hadisə ancaq Azərbaycanda baş verir...
Qaynarinfo.az