Xəbər lenti

Sumqayıt qatarı yolda qaldı
Ölkə06:11 23.02.2016

Sumqayıt qatarı yolda qaldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səhər saatlarında Bakı-Sumqayıt sürət qatarlarının hərəkətində problem yaranıb.
Qaynar.info "Report"a istinadən xəbər verir ki, bu gün səhər 7:45 və 08:00 radələrində sənaye şəhərindən paytaxta doğru yola çıxmalı olan qatarlar nəzərdə tutulan vaxtda dayanacağa gəlməyib.
Hazırda minə yaxın sərnişin bilet alaraq qatar gözləyir. Sərnişinlərin bir qisminin biletdən imtina edərək dayanacağı tərk etdiyi bildirilir.
Qeyd olunur ki, qatarlar problem səbəbindən Güzdəkdə qalıb.
Qaynar.info