
Sumqayıt şəhəri Yaşıl dərə adlanan yaşayış massivinin sakinləri İnterpress.az-a şikayət məktubu ilə müraciət ediblər.
Məktubda deyilir: "Sumqayıt şəhər Arxitektura İdarəsinin rəisi özlərinə yeni həyət evi tikən insanlardan vəzifəsindən istifadə edərək 8000, 10 000 manat pul alır. Sumqayıtda Yaşıl Dərə adlanan yerlərə yaxın olan ərazilərdə ev tikənlər hara şikayət edəcəklərini bilmirlər. Buna görə yekdil qərara gəldik ki, bu məsələni mətbuata çıxaraq. Bu pul evlərin sənədləşdirilməsı adı ilə alınır. Bununla da şəhər sakinləri problemlərini necə həll edəcəklərində acizdirlər. İmkanı olan 10 000 manat verib canını qurtarır. Amma digərləri isə bunu rüşvət hesab edir və deyirlər ki, bu pulu verməyə imkanımız yoxdur. Belə olduğu üçün də evlərini sənədləşdirə bilmirlər. Onlar öz problemini sizə yazmaqla bəlkə xilas olacaqlarını düşünürlər".
Məsələ ilə bağlı İnterpress.az-ın suallarını Sumqayıt Şəhər Icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Seyfəddin Rəhimov cavablandırıb. O, belə bir faktın olacağına inanmadığını deyir. "Əgər belə bir fakt varsa, sakinlər hüquq mühafizə orqanlarına müraciət etsinlər".
Qaynar.info