Xəbər lenti

Sumqayıt səhiyyəsində rüsvayçılıq - Ana ölüm ayağında
Ölkə09:32 30.07.2013

Sumqayıt səhiyyəsində rüsvayçılıq - Ana ölüm ayağında

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sumqayıtda həkimlər hamilə qadını əməliyyat etməyə pul tələb edirlər.

Bu barədə birlik.az-a Sumqayıt şəhərindən Murad Orucov adlı bir valideyn məlumat verib. 

M.Orucov Sumqayıtdakı həkimlərin biganəliyindən şikayətlənib: “Övladımı öldürmək istəyirlər. 10-cu mikrorayonda yerləşən 2 saylı qadın məsləhətxanasının həkimi Zülfiyyə xanım uşağın nəzarətçi həkimidir. O dedi ki, uşaq 42 həftəlikdir. Həkim deyir ki, bağırsaq uşağın boğazına dolanıb, əməliyyat olunmalıdır. Həkim tutun ki, ananı əməliyyat etsinlər. 

Soruşdum ki, xərci nə qədərdir, dedilər ki, 600-800 manatdır. Hər dəfə iki saylı doğum evində bizi get-gələ salırlar. Pulum olsa, bu dəqiqə əməliyyat edərlər. İşsiz adamam”.

Valideyn məsələ ilə bağlı Səhiyyə Nazirliyinin “Qaynar xətt”inə şikayət etdiyini deyib: “Səhiyyə Nazirliyinin "Qaynar xətt"inə şikayət üçün zəng etdim. Bu zaman iki saylı doğum evinin qəbul şöbəsində həkim dedi ki, get kimə istəyirsən, şikayət et. "Qaynar xətt"dən onun adını soruşdular. Lakin həkim öz adını demədi".

Şikayətlə bağlı xəstəxananın baş həkimi ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı.

Qaynar.info