Xəbər lenti

Sumqayıt səmasında UNO - Video
Ölkə19:53 12.03.2015

Sumqayıt səmasında UNO - Video

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu axşam Sumqayıt səmasında uçan naməlum obyektlər (UNO) görünüb.

ANS PRESS-in məlumatına görə, Sumqayıt sakinləri bildiriblər ki, səmada 4 uçan naməlum obyekt görüblər. 

Hacı Zeynalabidin Tağıyev qəsəbəsində UNO-lar daha aydın seyr etdiyini deyən oxucularımızdan biri naməlum obyektləri 2-3 dəqiqə müşahidə etdiyini bildirib. 

Oxucular tərəfindən bizə təqdim olunan görüntülərdə sakinlərin UNO görüb-görmədiyini dəqiq demək çətin olsa da, həmin görüntüləri sizə təqdim edirik.

Qaynar.info