
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, “Azərkörpü” Tikinti Şirkətinə məxsus 90-AG-518 dövlət nömrə nişanlı, “KamAZ” markalı beton qarışdıran maşın 10-LM-061 dövlət nömrə nişanlı taksi fəaliyyəti ilə məşğul “Nissan” və “Mercedes” markalı avtomobillərin üstünə aşıb.
İlkin məlumata görə, qəza nəticəsində 5 nəfər ölüb.
***
13.08
Bu gün Bakı-Quba yolunun Sumqayıt şəhəri yaxınlığından keçən hissəsində dəhşətli qəza olub. Hadisə yerində olan şəxslərin Lent.az-a verilən məlumata görə, Saray postu yaxınlığında “Nissan Tiida” markalı minik avtomobili beton qarışdıran yük maşınına çırpılıb. Nəticədə minik avtomobilində olan 5 nəfər hadisə yerindəcə keçinib.
Hadisə yerində araşdırmalar aparılır, qəzanın səbəbləri araşdırılır. Həlak olanların sayının bu qədər çox olmasının səbəbi hələlik açıqlanmayıb.
Qaynar.info