Xəbər lenti

Sumqayıtda ağır qəza - 1 ölü, 2 yaralı
Ölkə07:26 03.05.2016

Sumqayıtda ağır qəza - 1 ölü, 2 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sumqayıt şəhərində ölümlə nəticələnən daha bir ağır yol qəzası baş verib.

Şəhərin Koroğlu küçəsində "BMW" və "VAZ 2106" markalı iki minik avtomobili toqquşub.

Nəticədə "VAZ 2106"da olan 58 yaşlı qadın aldığı xəsarətlərdən vəfat edib. Avtomobilin 60 yaşlı sürücüsü və 5 yaşlı sərnişin oğlan müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. //Lent.az 

Qaynarinfo.az