Xəbər lenti

Sumqayıtda avtobus aşıb: 3 nəfər yaralanıb
Ölkə08:00 18.04.2016

Sumqayıtda avtobus aşıb: 3 nəfər yaralanıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib. 

Qaynarinfo.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 16-da saat 20 radələrində Sumqayıt şəhərində şəhər sakini Valeh Vəliyevin idarə etdiyi “Hyundai” (avtobus) və Qobustan rayon sakini Elman Əhmədovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə “Hyundai” aşıb, “KamAZ” markalı avtomobil isə Abşeron rayon sakini Adil Cəlladovun idarə etdiyi “VAZ-21214” markalı avtomobilə dəyib. V.Vəliyevin 3 sərnişini xəstəxanaya yerləşdirilib.

BDYPİ tərəfindən araşdırma aparılır.

Qaynarinfo.az