Xəbər lenti

Sumqayıtda partlayış: yaralılar var
Ölkə16:17 07.04.2019

Sumqayıtda partlayış: yaralılar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün səhər saatlarında Sumqayıt şəhərinin "Yaşma bağları” yaşayış massivindəki fərdi evlərin birində partlayış olub.
Qaynarinfo-nun məlumatına görə, Sumqayıt Şəhər Polis İdarəsindən "Azərtac"a bildirilib ki, qaz balonunun partlaması nəticəsində 1986-cı il təvəllüdlü Samirə Şakir qızı Məmmədova və onun 2012-ci il təvəllüdlü övladı Aliyə Əhməd qızı Məmmədova yanıq xəsarətləri alıblar.
Yaralılar dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb, daha sonra isə Bakıya klinikaya göndəriliblər.
Faktla bağlı polis idarəsində araşdırma aparılır.