Xəbər lenti

Sumqayıtda evə silahlı basqın nəticəsində yaralananların vəziyyəti necədir? (AÇIQLAMA)
Ölkə06:39 30.10.2023

Sumqayıtda evə silahlı basqın nəticəsində yaralananların vəziyyəti necədir? (AÇIQLAMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasında müalicəsi davam etdirilən 1958-ci il təvəllüdlü Mehman Sarıyev Reanimasiya şöbəsindən Cərrahiyyə şöbəsinə köçürülüb.
Bu barədə Trend-ə Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən bildirilib.
Onun vəziyyətinin stabil olduğu bildirilib:
Qeyd edilib ki, 1960-cı il təvəllüdlü Tərlan Fərəcovanın Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta-ağır qiymətləndirilir:
"1990-cı il təvəllüdlü Etibar Sarıyev isə Travmatologiya şöbəsində müalicə alır. Vəziyyəti qənaətbəxşdir”.
Xatırladaq ki, okytabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb, 4 nəfər isə xəsarət alıb.
Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular - Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıb.