Xəbər lenti

Sumqayıtda fəhlənin ölümü ilə bağlı cinayət işi başlandı
Ölkə06:35 25.04.2019

Sumqayıtda fəhlənin ölümü ilə bağlı cinayət işi başlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sumqayıtda fəhlənin qətlə yetirlməsi ilə bağlı bağlı cinayət işi başlanıb.
Lent.az-ın məlumatına görə, 1977-ci il təvəllüdlü Məmmədov Murad Mehdi oğlunu bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən şəxs 1988-ci il təvəllüdlü Cəfərov Samir Ədalət oğluna Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib. 
Hazırda istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, hadisə ötən gün şüşə qablar istehsal edən müəssisələrin birində baş verib. 1977-ci il təvəllüdlü Məmmədov Murad Mehdi oğlunu bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən şəxs 1988-ci il təvəllüdlü Cəfərov Samir Ədalət oğlu polislər tərəfindən saxlanılıb.
Saxlanılan şəxs qətl törədən zamanı əlinə də xəsarət yetirib. O, polisin müşayəti ilə xəstəxanaya gətirilib və onun əlinə tikiş qoyulub. 
Qətlin hansı səbəbdən törəsilməsi isə məlum deyil.