Xəbər lenti

Sumqayıtda güclü yanğın: yük maşını, balıqçı qayığı kül oldu – YARALI VAR
Ölkə06:37 10.06.2018

Sumqayıtda güclü yanğın: yük maşını, balıqçı qayığı kül oldu – YARALI VAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən  gecə Sumqayıt şəhərində güclü yanğın hadisəsi baş verib.
Qaynarinfo-nun xeberle.com-a istinadən məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində fəaliyyət göstərən balıqçılıq təsərrüfatlarının birində qeydə alınıb.
Yanğın yerinə Sumqayıt Yanğından Mühafizə qarnizonundan 3 yanğın avtomobili və canlı qüvvə cəlb edilib. Yanğın nəticəsində "Qazel” markalı yük avtomobili və balıqçı qayığı yanıb. 
Ərazidə 4 ədəd qayıq və bir ədəd traktor yanğından mühafizə olunub.
Hadisə yerində 1988-ci il təvəllüdlü Əliyev Elçin Bəylər oğlu yuxarı ətrafların 1-3-cü dərəcəli yanıq xəsarətləri alıb. 
Xəsarət alan dərhal Bakı şəhərində yerləşən 5 nömrəli xəstəxananın yanıq şöbəsinə yerləşdirilib.