Xəbər lenti

Sumqayıtda iki ev yandı
Ölkə04:29 13.09.2013

Sumqayıtda iki ev yandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hər iki hadisədə xoşbəxtlikdən insan tələfatı qeydə alınmayıb


Sumqayıt şəhərinə iki ev yanıb. Qaynar.info-nun FHN-ə istinadən verdiyi məlumata görə, Sumqayıt şəhərində dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan 2 otaqlı mənzilin 1 otağında 5 kv.m sahədə ev əşyaları qismən yanıb. Mənzil yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 29 kv.m olan 2 otaqlı mənzilin eyvanında lambirdən ibarət tavanı 6 kv.m və ev əşyaları 3 kv.m sahədə yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qaynar.info