Xəbər lenti

Sumqayıtda indi də 5 tonluq paxlava hazırlanır
Ölkə16:13 16.03.2013

Sumqayıtda indi də 5 tonluq paxlava hazırlanır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sumqayıt şəhərində Novruz bayramı ilə əlaqədar 20 min nəfərlik paxlava hazırlanır. 

APA-nın məlumatına görə, belə bir təşəbbüslə türkiyəli iş adamı Müzəffər Agüloğlu çıxış edib. Onun sözlərinə görə, paxlava bayram gününə, martın 21-nə qədər hazır olmalıdır.

Nəhəng paxlavanın hazırlanması üçün 1 200 kq un, 1 390 kq şəkər, 3 000 yumurta, 370 kq quru süd, 550 kq kərə yağı sərf olunacaq. Ümumi çəkisi 5 tondan çox olan paxlavanın uzunluğu 21, eni isə 5 metrdən çox olacaq.

Qaynar.info