Xəbər lenti

Sumqayıtda intihar cəhdinin qarşısı alındı
Ölkə05:23 25.05.2016

Sumqayıtda intihar cəhdinin qarşısı alındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində, bir nəfərin intihar etmək məqsədi ilə hündürmərtəbəli binanın damına çıxması barədə məlumat daxil olub. 

Qaynarinfo.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub, aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib.  

Qaynarinfo.az