Xəbər lenti

Sumqayıtda "KamAZ" iki piyadanı vurdu, biri öldü
Ölkə15:41 06.11.2018

Sumqayıtda "KamAZ" iki piyadanı vurdu, biri öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sumqayıtda "KamAZ" iki piyadanı vurub.
DİN-dən Qaynarinfo-ya verilən məlumata görə, noyabrın 5-də saat 17 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini Spartak Cəbiyev idarə etdiyi "KamAZ-55111” markalı avtokranla yolu keçən həmyerliləri Elvin Ağayevi və Rasim Rüstəmlini vurub.
Nəticədə E.Ağayev hadisə yerində ölüb, R.Rüstəmli xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.