Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 27-də Sumqayıt şəhərində vətəndaşa məxsus "KİA" markalı mikroavtobusun salonu yanıb. Mikroavtobusun qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 01:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.