
Sumqayıtda orta məktəbdə yanğın olub, bir neçə şagird tüstüdən zəhərlənib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, dekabrın 26-da Sumqayıt şəhəri 2-ci məhəllə ərazisində yerləşən 11 saylı orta məktəbin elektrik paylayıcı qutusunda yanğın baş verib.
Məktəbin şagirdləri - şəhər sakinləri Afaq Məmmədli, Kənan İmanzadə və Elza Əhmədova tüstüdən zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.
Qaynar.info