Xəbər lenti

Sumqayıtda oğul atasını qətlə yetirdi
Ölkə06:09 18.04.2013

Sumqayıtda oğul atasını qətlə yetirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın Sumqayıt şəhərində qətl hadisəsi baş verib.

APA-nın məlumatına görə, şəhərin Köhnə Corat qəsəbəsində yaşayan, 33 yaşlı Veysəl Mahmudov ailə münaqişəsi zəminində atası, 55 yaşlı Aydın Mahmudovu kürəyindən bıçaqlayıb. A. Mahmudov aldığı bıçaq xəsarətindən hadisə yerindəcə dünyasını dəyişib. 

Sumqayıt şəhər Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hadisəni törədən V. Mahmudov tutulub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Qaynar.info