
Dünən Sumqayıtda bir neçə ərazidə oğurluq edən şəxsin yaxalandığı barədə məlumat vermişdik. Bildirmişdik ki, Sumqayıt Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyala əvvəllər məhkum olunmuş Süleyman Abdullayev tutulub.
Araşdırmalar zamanı onun Sumqayıtda bir neçə aptekə basqın edərək qarət etdiyi məlum olub. Bundan başqa, saxlanılan şəxs noyabrın 21-də Günel Bağırovaya məxsus mağazanı da talayıb.
Lent.az S.Abdullayevlə balğı daha bir maraqlı faktdan yazıb. Demə, Sumqayıtdakı aptek və mağazaların "baş bəlası"na çevrilmiş bu Ceyranbatan sakini keçmiş polis işçisi imiş.
O, oğurladığı pulları kef məclislərinə və narkotik vasitə almağa xərcləyirmiş.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
Qaynar.info


