Xəbər lenti

Sumqayıtda qumbara partladı: ata və oğul yaralandı
Ölkə09:20 02.08.2014

Sumqayıtda qumbara partladı: ata və oğul yaralandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sumqayıtda yaşayış evində qumbara partlayıb.

Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə saat 02.30 radələrində Sumqayıt şəhəri 51-ci məhəllədə Əmiraslan Haşumova məxsus evdə baş verib.

Ə.Haşumov mənzildə qumbara ilə ehtiyatsız davrandığından partlayış baş verib.

Nəticədə Ə.Haşumov və onun atası Mirdamət Haşumov xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə gələn polis əməkdaşları evə baxış zamanı 7 ədəd avtomat patronu aşkar edərək götürüblər.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info