Xəbər lenti

Sumqayıtda taksilərə "qan udduran" qoçular kimdir? - FOTOLAR
Ölkə08:55 23.12.2016

Sumqayıtda taksilərə "qan udduran" qoçular kimdir? - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt Regional şöbədəsi əməkdaşları son günlər regionlarda yenidən "aktiv" fəaliyyətə başlayıblar. 

Ölkənin sosial-iqtisadi durumunun çətin olduğu bir zamanda, sanki bu məmurlar da bir tərəfdən vətəndaşları incitməyi, onların vəziyətlərini ağırlaşdırmağı qarşılarına məqsəd qoyublar. 

İş yerlərin qapadıldığı, ixtisarların çoxaldığı bir zamanda vətəndaşların kiçik bir işlə məşğul olmaları, ailələrinə çörək pulu aparmaları bunların ürəyincə deyil. Məqsəd bəllidir. Vətəndaşları incitmək, onları aqressiv hala gətirmək.

Belə hadisələrdən biri də bu gün Sumqayıt şəhərində yaşanıb.

Heç bir sorğu-suall etmədən, özlərini belə təqdim etməyən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt Regional şöbədəsinin əməkdaşları, Sumqayıt Avtovağzalı ətrafında boş bir ərazidə dayanan sürücülərə 50 manat civarında cərimə tərtib ediblər. 

Bu azmış kimi sürücüləri təhqir edərək, onları bir daha burada dayanmamalarını tələb ediblər.

Şikayətçi Aydın Məmmədov Qaynarinfo.Az-a açıqlamasında bildirib ki, dayandıqları yerdə onları saxlayıblar: "Dayanma, durma qadağan olmayan yerdə gəlib şəkil çəkib 40 manat cərimə yazıb. Axı, niyə? Soruşanda da nə edək, evimizə necə çörk aparaq? Deyirlər ki, get oğurluq elə, bizə dəxli yoxdur". 

Digər şikayətçi Anar Yusifov isə qeyd edir ki, indiki çətin zamanda, şöbənin əməkdaşları da bir tərəfdən onların işləməsinə mane olur: "Bura boş ərazidir. Burda da bizi durmağa imkan vermirlər. Səbəbin də soruşan kimi, kobud cavab verilər. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt Regional şöbədəsinin əməkdaşı mənə deyir ki, gəl mənim otağıma sənə hər şeyi başa salacam. Vətəndaşla bu cür danışmaq olmaz axı". 

Qeyd edək ki, hadisə yerində olan əməkdaşımız, Nəqliyyat Nazirliyinin əməkdaşlarından məsələ ilə bağlı mövqe öyrənmək istəsə də, bu baş tutmayıb. Özlərini təqdim etməyən əməkdaşlar, "yaxşı edirik" deyərək, hadisə yerindən uzaqlaşıblar. 

Qaynarinfo.Az