Xəbər lenti

Sumqayıtda torpaq uçdu: yaralı var
Ölkə14:52 01.12.2013

Sumqayıtda torpaq uçdu: yaralı var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sumqayıtda torpaq uçqunu baş verib, bir nəfər uçqun altında qalıb.

 Qaynar.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, hadisə barədə nazirliyin “112” qaynar xəttinə məlumat daxil olub. Nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Məlum olub ki, kanalizasiya xətti çəkilən zaman torpaq sürüşməsi baş verib və bir nəfər fəhlə torpaq uçqunu altında qalıb.

 Xəsarət alan şəxs Sumqayıt Regional Mərkəzinin xilasediciləri tərəfindən çıxarılıb.

Qaynar.info