Xəbər lenti

Sumqayıtda yanğın: 3 nəfər xəsarət alıb, 30 nəfər təxliyə edilib
Ölkə13:50 10.02.2017

Sumqayıtda yanğın: 3 nəfər xəsarət alıb, 30 nəfər təxliyə edilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sumqayıtda yaşayış binasında yanğın olub.

Qaynarinfo.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın nəticəsində dördmərtəbəli binanın 2-ci mərtəbəsinin dəhlizində quraşdırılmış elektrik lövhəsində 3 ədəd qoruyucu açar və 2 p.m kabel yanıb. 

Yanğın zamanı 1 nəfər bədən xəsarəti, 2 nəfər isə tüstüdən zəhərlənmiş halda aidiyyəti üzrə təhvil verilib. Həmçinin 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qaynarinfo.Az