Xəbər lenti

Sumqayıtda yataqxananı yandıran kişi tutuldu - VİDEO
Ölkə09:01 26.11.2013

Sumqayıtda yataqxananı yandıran kişi tutuldu - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sumqayıtda, Mehdi Hüseynzadə küçəsində məcburi köçkünlərin yaşadıqları yataqxananın binasında baş vermiş yanğına görə həbs olunan var.

AzərTAc xəbər verir ki, yanğın noyabrın 25-də saat 16.37-də binanın birinci mərtəbəsində baş verib. Operativ surətdə hadisə yerinə gələn yanğınsöndürmə briqadaları alovu söndürməyə başlayıblar. Hadisə yerinə cəlb olunmuş Sumqayıt Polis İdarəsinin əməkdaşları sakinləri evakuasiya edərək, binanı dövrəyə alıblar.

Sumqayıt Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət polkovnik-leytenantı Tahir Quliyev jurnalistlərə bildirib ki, yanğınsöndürənlər 35 dəqiqə ərzində alovu lokallaşdırmış və yayılmasının qarşısını alıblar. T.Quliyevin sözlərinə görə, yanğın qəsdən törədilib. Amma yalnız xüsusi laboratoriya testlərindən sonra daha konkret fikir söyləmək mümkün olacaq.

Qeyd edək ki, binanın birinci və üçüncü mərtəbələrində Qubadlı rayonundan məcburi köçkünlər, ikinci mərtəbəsində şəhər internat məktəbinin şagirdləri yaşayırlar. Bina internat məktəbinin balansındadır.

İlkin araşdırma zamanı yanğını törətməkdə şübhəli bilinən 33 yaşlı kişi saxlanılıb.

Sumqayıt Prokurorluğunda cinayət işi qaldırılmışdır, araşdırma aparılır.

Qaynar.info