
Nəriman Qarayev witkop sindromu diaqnozu ilə 2009-cu ildə anadangəlmə xəstə doğulub.
Qaynar.info xəbər verir ki, Nadir hallarda rast gəlinən bu genetik xəstəlik sümüklərin ovulmasına səbəb olur, daxili orqanları sıradan çıxarır. Azərbaycanda onun müalicəsi yoxdu, Türkiyədə müalicəsi mümkündü, amma böyük məbləğdə maliyyə tələb olunur.
Nəriman Qarayevin atası Elçin Qarayev II qrup gözdən əlil olduğu üçün, onu xaricdə müalicə etdirmək imkanı yoxdu. Elçin Qarayev mətbuat vasitəsilə imkanlı şəxslərdən xahiş edir ki, uşağının xaricdə müalicə alması üçün köməklərini əsirgəməsinlər.