Xəbər lenti

Süni intellektin insan sosiallaşmasına zərərli təsiri açıqlandı
Texnologiya 22:35 23.03.2025

Süni intellektin insan sosiallaşmasına zərərli təsiri açıqlandı

"OpenAI" və Massaçusets Texnologiya İnstitutu (MIT) tərəfindən aparılan bir araşdırma aktiv "ChatGPT" istifadəsi ilə tənhalıq hissləri arasında əlaqə tapıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Təxminən min iştirakçının iştirak etdiyi eksperiment üzə çıxarıb ki, çatbotla uzun müddət ünsiyyətdə olan istifadəçilər daha çox emosional asılılıq yaşayır və digər insanlarla daha az ünsiyyətdə olurlar.

Araşdırmaya görə, çatbotlara güvənmək meyli və emosional bağlılıq istifadəçilərdə tənhalıq ehtimalını artırır. Bununla belə, AI köməkçisinin daha təbii səsli versiyasından istifadə iştirakçıların emosional vəziyyətinə mənfi təsir göstərməyib.

Tədqiqatın ikinci mərhələsi üç milyon "ChatGPT" söhbətinin təhlilindən və istifadəçilərin sorğusundan ibarət olub. Məlum olub ki, insanların yalnız kiçik bir faizi emosional dəstək almaq üçün çatbotlardan istifadə edir. Mütəxəssislər vurğulayırlar ki, süni intellekt tənhalığın səbəbkarıdır, yoxsa əksinə, təcrid olunmuş insanları özünə cəlb edirmi, sualı açıq qalır.

"OpenAI" ümid edir ki, bu işin nəticələri süni intellektin cəmiyyətə təsiri ilə bağlı gələcək tədqiqatlar üçün əsas olacaq.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->