Xəbər lenti

Süni mayalanma dövlət vəsaiti hesabına həyata keçiriləcək
Ölkə09:21 15.02.2022

Süni mayalanma dövlət vəsaiti hesabına həyata keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycanda ekstrakorporal (süni) mayalanma bir dəfə dövlət vəsaiti hesabına həyata keçiriləcək”.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, bu məsələ yaxın vaxtlarda icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil ediləcək.