Xəbər lenti

Süni qiymət qaldıranlar həbs ediləcək
Ölkə06:35 11.04.2013

Süni qiymət qaldıranlar həbs ediləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda bazarlarda süni surətdə qiyməti qaldıranlarla və inhisarçılığa yol verənlərlə bağlı cəzaların ciddi sərtləşdirilməsi gözlənilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 199-cu maddəsinə dəyişikliklər müzakirəyə çıxarıla bilər.

Layihəyə əsasən, inhisarcasına yüksək və ya inhisarcasına aşağı qiymət təyin etməklə, habelə bazarı bölüşdürməklə, bazara daxil olma imkanını məhdudlaşdırmaqla, oradan iqtisadi fəaliyyətin digər subyektlərini kənarlaşdırmaqla, vahid qiymət təyin etməklə və ya saxlamaqla inhisarçılıq hərəkətlərini etməyə görə 1000 manatdan 5000 manata qədər cərimə və ya 2 ilə qədər azadlıqdan məhrumetmə gözlənilir. Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, 6 ilə qədər azadlıqdan məhrum etmə cəzası müəyyənləşəcək. Layihənin bu il Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir.