Xəbər lenti

Supulu da qalxdı
Ölkə09:18 05.01.2014

Supulu da qalxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Neftin qiyməti qalxandan kommunal və qeyri-xidmətlərin də bahalaşacağı gözlənilirdi. Yeni ilin ilk günündən gözlədiyimiz bahalaşma bizi qarşıladı.

Qaynar.info
xəbər verir ki, bu gün interpress.az-ın Nəsimi rayonunda yaşayan əməkdaşı ilk bahalaşmanın “nübarını dadıb”. Həmişəki kimi su üçün karta pul yükləyən əməkdaşımıza bu dəfə suyun kubunu indiyə qədər olduğu qiymətə-30 qəpiyə deyil, 36 qəpiyə satıblar. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) qaynar xəttinə 955-ə zəng vuran əməkaşımıza qurumdan bildiriblər ki, suyun qiyməti yeni ildən qaldırılıb.

Azərsu ASC-nin mətbuat ximətinin rəhbəri Anar Cəbrayıllı saytımıza verdiyi açıqlamada isə su pulunun bahalaşmadığını bildirdi.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumatda da su pulunun qalxmadığı iddia edildi.

Qaynar.info