Xəbər lenti

Sürətlə sürəndə belə olur (VİDEO)
Ölkə11:40 15.03.2013

Sürətlə sürəndə belə olur (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gəncədə qəza baş verib. Hadisə bu gün saat 11 radələrində Gəncə-Samux yolu üzərindəki Kəpəz dairəsi ətrafında qeydə alınıb.

Samux rayonundan Gəncə istiqamətinə hərəkət edən “Vaz 21-012” markalı avtomobil sürətlə yoldakı dairəyə çırpılıb.

Nəticədə avtomobilin sürücüsü, 31 yaşlı Gəncə sakini Rüfət İsmayılov aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Hadisə şahidlərinin sözlərinə görə, sürücü avtomobili yüksək sürətlə idarə edib.

Gəncə Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, ilkin araşdırmalar da hadisəyə avtomobilin yüksək sürətlə hərəkətinin səbəb olduğunu təsdiqləyir.

Faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. /ans tv/

Qaynar.info