Xəbər lenti

Sürətli olduğun qədər öndəsən!
Ölkə07:47 10.12.2013

Sürətli olduğun qədər öndəsən!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2013-cü il ərzində Azercell əhəmiyyətli dərəcədə4G şəbəkəsini genişləndirərək yeni 4G internet paketlərini istifadəyə verib

Ölkənin tam coğrafi ərazi əhatəsinə baxmayaraq, 4G şəbəkəsinin kommersiya istifadəsini həyata keçirən ilk və yeganə mobil operatorAzercell şirkəti öz şəbəkəsinin keyfiyyətini artırmaq məqsədilə davamlı investisiyalar edir. Yalnız 2013-cü il ərzində Azercell 1000-dən artıq radio baza stansiyasını istifadəyə vermişdir. 

Yüksək keyfiyyətli səs xidmətləri və mobil internetəartan tələbatı nəzərə alaraq şirkət etibarlı data trafikini təklif edir ki, keçən illə müqayisədə onun 120% artımı bunun bariz nümunəsidir. Hal-hazırda 4G şəbəkəsi tam olaraq Bakı şəhəri və Abşeron yarımadasının böyük hissəsini əhatə edir.

Hazırda baza stansiyalarının ümumi sayı 265 təşkil edir. 4G – ilk növbədə abunəçilər üçün 100Mb/s-əyə çatan daha sürətli mobil internet və istifadə edilən məlumatın daha böyük həcmi deməkdir.

LTE şəbəkəsinin yüksək keyfiyyətini təmin etmək məqsədilə Azercell üç tamamilə müxtəlif 4G paketini istifadəyə  buraxdı. Beləliklə, 2 dekabr  tarixindən etibarən Azercell abunəçiləri 25GB internet paketi üçün ƏDV daxil30 AZN, 50GB  üçün 45 AZN və 100 GB üçün 70AZN ödəyirlər.İnternet paketlərindən yararlanmaq üçün müvafiq açar sözünü seçib 2525-ə smsgöndərmək lazımdır.

İnternet paketi

Açar sözü

Paketin qiyməti

25GB

25GB

30 AZN

50GB

50GB

45 AZN

100GB

100GB

70AZN

Hər üç paketin istifadə müddəti üçün 30 təqvim günü təyin edilib. Mobil İnternet 4G/3G/EDGE/GRPS) xidməti çərçivəsində təqdim edilən həcm bitdikdən sonra 30 günlük dövrün sonunadək yalnız EDGE xidmətindən (maksimal sürət 128 Kbit/s), limitsiz həcmdə istifadə etmək mümkündür.

Onu da bidirək ki, yeni 4G paketlərindən istifadə etmək üçün 4G USİM kartını əldə etmək mütləqdir.

4G USİM kartından istifadə edən abunəçilər  2G/3G Mobil İnternet paket(lər)ini sifariş edə bilərlər.

02 dekabr 2013-cu il tarixindən 4G modemləri yeni şərtlər çərçivəsində bir daha satışa buraxılıb.

Modeminqiyməti - 54 AZN (ƏDV xaric). Abunəçi 20 AZN (ƏDV xaric) ödəyərəkmodemiəldəetdikdən sonra 60 günərzində 4G paketlərindənbiriniənazı 2 dəfəsifarişetməlidir.Azercell Ekspes ofisləri və diler mağazaları şəbəkəsində, həmçinin, 4G şəbəkəsi üzərindən çalışan telefon və planşetlərin geniş çeşidləri mövcuddur.

Məlumat üçün bildirək ki, 4G şəbəkəsində SMS, MMS kimi xidmətlər göstərilmir.

Daha ətraflı məlumat üçün: http://www.azercell.com/az/personal/internet/internet_campaigns/4g_modem/#.Up2Xh8RdXJo səhifəsinə daxil ola bilərsiniz.

Qaynar.info