Xəbər lenti

Sürix-Honqonq reysini yerinə yetirən təyyarə Bakıya təcili eniş etdi
Ölkə19:03 26.07.2023

Sürix-Honqonq reysini yerinə yetirən təyyarə Bakıya təcili eniş etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Cathay Pacific" aviaşirkətinin Sürix-Honqonq reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. Buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub (ürək tutması).
Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən APA-ya bildirilib ki, "Airbus A350" təyyarəsi yerli vaxtla saat 21:29-da Bakı hava limanında uğurla eniş edib.
Enişdən dərhal sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb.