
Dağlıq Qarabağın “Kaşataq” rayonunda Suriyadan gələn məcburi köçkünlər və qaçqınlar üçün bu il 37 evdən ibarət məhəllə inşa ediləcək.
Ans press-in “Qafqazskiy uzel” saytına istinadən verdiyi məlumata görə, bunu qondarma Dağlıq Qarabağ Respublikasının “baş nazirinin müavini” Artur Aqabekyan deyib. Həmin evlərin ötən il dekabrın 28-də keçirilən “Milli Dövlət” lotoreyasından toplanan pulların hesabına tikilməsi nəzərdə tutulur. Qondarma respublikanın rəsmisi deyib ki, belə lotoreyanın 2014-cü ildə də keçiriləcəyi gözlənilir.
Xatırladaq ki, 200 nəfərdən çox İşxanadzor ailəsi Suriyadan 2012-ci ildə köçüblər.