Xəbər lenti

Suriya və İraqdan Azərbaycana gətirilən uşaqların sayı açıqlandı
Ölkə12:00 16.06.2022

Suriya və İraqdan Azərbaycana gətirilən uşaqların sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi Suriya və İraqdan ölkəyə repatriasiya edilmiş 378 nəfərlə iş aparır”.
Bunu APA-ya açıqlamasında Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə departamentinin müdir müavini Məftunə İsmayılova bildirib.
Onun sözlərinə görə, həmin şəxslərdən 22-si qadın, 356-i uşaqdır:
"Bu şəxslərdən hazırda 146 nəfəri ailədə yaşayır. 10-u qadın, 2-si uşaq olmaqla 12 nəfər isə repatriasiya prosesindən əvvəl ölkəyə qayıtmış şəxslərdir”.
Qeyd edək ki, repatriasiya prosesi 2018-ci ildən başlayıb.