Xəbər lenti

Suriyada daha bir azərbaycanlı öldürülüb
Ölkə11:21 15.08.2014

Suriyada daha bir azərbaycanlı öldürülüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Suriyada daha bir azərbaycanlı öldürülüb.
 
Yaxınlarının APA-ya verdiyi məlumata görə, Suriyada gedən döyüşlərdə öldürülən azərbaycanlı İslam Dövləti silahlı qruplaşması tərkibində vuruşan Zərdab rayon sakini, 1982-ci il təvəllüdlü Ramin Ağasəf oğlu Abdullayevdir.
 
R. Abdullayevin ölüm xəbəri və meyitinin fotoları ailəsinə çatdırılıb. R. Abdullayev Suriyada dəfn edilib.
 
Yaxınlarının dediyinə görə, bir uşaq atası olan  R. Abdullayev uzun müddət Rusiyada yaşayıb.
 
Bir müddət əvvəl isə o, Zərdaba qayıdıb və döyüşmək üçün Suriyaya gedib.

Qaynar.info