Xəbər lenti

Suriyadan daha bir azərbaycanlının ölüm xəbəri gəldi
Ölkə12:25 14.06.2014

Suriyadan daha bir azərbaycanlının ölüm xəbəri gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Suriyada daha bir azərbaycanlı öldürülüb. 

Qaynar.info APA-ya istinadən xəbər verir ki, öldürülən azərbaycanlının meyitinin fotosu yayılsa da, onun kimliyi hələlik açıqlanmır.

Məlumatda həmçinin qeyd olunur ki, azərbaycanlı döyüşçü bu gün Raqqa şəhəri yaxınlığında Bəşər Əsəd qüvvələrinin endirdiyi hava zərbələri nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə onlarla azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.

Qaynar.info