Xəbər lenti

Suriyaya gedən güləşçimiz danışdı
Ölkə05:44 01.11.2014

Suriyaya gedən güləşçimiz danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Suriyaya gedən peşəkar güləşçi Rəşad Baxşəliyev ailəsinə zəng edib.

Qaynar.info xəbər verir ki, bu barədə azvision.az-a idmançının ailəsi məlumat verib. 

Srağagün anasına telefon açan R.Baxşəliyev vəziyyətinin yaxşı olduğunu bildirib.

“Ana, hər şey yaxşıdır, narahat olmayın məndən. Tez-tez zəng edə bilmirəm buradan. Yaxşıyam, heç bir problemim yoxdur”- deyə güləşçi anası ilə söhbətində bildirib.

Qeyd edək ki, Rəşad Baxşəliyevin Suriyaya Əsəd rejiminə qarşı döyüşlərə getməsi ilə bağlı ilk məlumat yayılmışdı. Əslən Kəlbəcər rayonundan olan R.Baxşəliyev dəfələrlə Respublika çempionatlarında yüksək nəticələr əldə etmiş peşəkar güləşçidir. O, Suriyaya ailəsi və körpə uşağı ilə birgə gedib.

Qaynar.info