Xəbər lenti

Sürprizlərlə dolu siyahı: Ukraynanın ABŞ-dan hansı silahları istədiyi məlum oldu
Dünya 15:02 07.12.2023

Sürprizlərlə dolu siyahı: Ukraynanın ABŞ-dan hansı silahları istədiyi məlum oldu

Ukrayna Rusiyanın hücumlarını dəf edilməsi üçün ABŞ-dan yeni silah növləri, o cümlədən müasir hava hücumundan müdafiə sistemləri, F-18 "Hornet” qırıcıları, pilotsuz uçuş aparatları, "Apache” və "Black Hawk” helikopterləri istəyib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" jurnalistlərin nəzərdən keçirdiyi sənədlərə istinadən yazıb.

Ukrayna Müdafiə Nazirliyinin rəsmiləri çərşənbə günü Vaşinqtonda müdafiə sənayesi rəsmiləri və liderlərinin iştirakı ilə keçirilən qapalı konfrans iclasında "Ukrayna Müdafiə Qüvvələrinin ehtiyaclarını ödəmək üçün silahların siyahısını” təqdim ediblər.

Siyahıya Ukraynanın artıq ehtiyatlarında olduğu "Abrams” tankları və 155 mm-lik artilleriya silahları, eləcə də əvvəllər tələb etdiyi F-16-lar, pilotsuz uçuş aparatları və uzaq mənzilli ATACMS raketləri kimi bəzi silahlar daxildir.

Ancaq siyahıda bir neçə sürprizlər də var, xüsusən də "Boeing” istehsalı olan bahalı "C-17 Globemaster” və "Lockheed Martin” istehsalı olan "C-130 Super Hercules” təyyarələri. Siyahıya "Boeing”in "Apache” hücum helikopterləri, həmçinin "Lockheed Martin”in "Sikorsky" bölməsi tərəfindən istehsal edilən "Black Hawk" helikopteri daxildir.

Ukraynanın həmçinin F-18 "Hornet” qırıcılarına, "MQ-9B Sky Guardian” daxil olmaqla "General Atomics”in üç növ pilotsuz uçuş aparatına və "Lockheed”in Terminal High Altitude Area Defense (THAAD) hava hücumundan müdafiə sisteminə ehtiyacı var.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->