Xəbər lenti

Sürücü infarkt keçirdi, bank işçisini maşınla divara çırpdı - VİDEO
Ölkə17:27 14.10.2016

Sürücü infarkt keçirdi, bank işçisini maşınla divara çırpdı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda günorta saatlarında 2 nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib. 

Qaynarinfo.Az saytı missiya.az-a istinadla həmin qəzanın videosunu təqdim edir. Qəza zamanı 2 nəfər ölüb. Sürücü Fərman Məhərrəmov sükan arxasında infakt keçirib.

Nəticədə avtomobilin idarəetməsini itirən sürücü yol kənarı ilə hərəkət edən 53 yaşlı Abbasov Fariz Nikolay oğlunu vurub divara çırpıb. Hər kimi şəxs dünyasını dəyişib. Videokadrlardan da göründüyü kimi, hadisə nəticəsində xəsarət alan şəxslərdən biri ağır vəziyyətdə təcili tibbi yardım avtomobilinə aparılır.

Maşının sürücüsü isə avtomobilin içərisində digər təcili yardım avtomobilinin gəlişini gözləyir. Hadisə Yasamal rayonu, Mətbuat prospekti 23 ünvanında baş verib. Yolun "Azərbaycan nəşriyyatı" istiqaməti ilə hərəkət edən 90-ZC -452 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq piyadanı vurub.  

"Report"un məlumatına görə, hadisə Mətbuat prospektində qeydə alınıb. Məhərrəmov Fərman Azad oğlu idarə etməsində olan “KİA” markalı avtomobillə hərəkətdə olan zaman qəfildən infarkt keçirib. İdarəetmədən çıxan avtomobil yol kənarında hərəkət edən piyada 53 yaşlı Abbasov Fariz Nikolay oğlunu vurub divara çırpıb.

Məlum olub ki, sürücü F.Məhərrəmov hadisə yerində dünyasını dəyişib. F.Abbasov isə açıq kəllə-beyin travması, döş qəfəsinin əzilməsi və sol bud nahiyyəsində xəsarətlərlə 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə aparılıb. O da xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, F.Abbasov ölkədə fəaliyyət göstərən banklardan birində çalışıb.

Qaynarinfo.Az