Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə etÖtən gecə Bakıda “Koroğlu” metro stansiyasının yaxınlığındakı körpüyə çıxaraq intihar edəcəyini deyən şəxs xilas edilib
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları və polis gəlib.
FHN əməkdaşlarının həmin şəxslə apardıqları söhbət nəticəsində o, fikrindən daşınıb və körpüdən endirilib.
İntihara cəhd edən şəxsin 1986-cı il təvəllüdlü Abbasov İlkin Eldar oğlu olduğu müəyyənləşib.
İ. Abbasov ifadəsi alınmaq üçün Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə aparılıb (APA)
28 yaşlı sürücü intihara cəhdinin səbəbini açıqlayıb.
O, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsindəki ifadəsində bildirib ki, işlədiyi marşurut xəttinin sahibi ilə aralarında problem var.
Avtobus sürücüsü intihara da marşrut sahibinin əlindən cəhd etdiyini deyib.
Qaynar.info