Xəbər lenti

Sürücü onlarla heyvanı tələf etdi
Ölkə07:25 24.08.2014

Sürücü onlarla heyvanı tələf etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ağstafada 20 baş xırdabuynuzlu heyvan avtoqəzanın qurbanı olub

Qaynar.info  Kəpəz TV-yə istinadən bildirir ki, Bakı-Qazax avtomagistralının Ağstafa rayonu ərazisində heyvanların tələf olması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. 

Rayonun Köçəsgər kənd sakini Habil Ələkbərov axşam saatlarında qoyunları örüşdən qaytarıb, yolu keçirərkən Bakı şəhər sakini Məcid Süleymanov idarə etdiyi "Mercedes" markalı avtomobillə onun 50 baş xırdabuynuzlu heyvanını vurub. Nəticədə 20-yə yaxın qoyun və keçi tələf olub. 

Heyvan sahibi bildirir ki, "Mercedes" yüksək sürətlə idarə olunduğundan qəza zamanı qoyunlar asfaltın sağ və sol tərəflərinə səpələnib. Qeyd edək ki, həmin ərazidə həm iribuynuzlu, həm də xırdabunuzlu heyvanlar dəfələrlə avtomobillər tərəfindən vurularaq tələf olub. Faktla bağlı araşdırma aparılır. 

Qaynar.info