Xəbər lenti

Sürücü sərnişini döyərək mobil telefonunu əlindən alıb - BAKIDA
Ölkə07:32 01.02.2014

Sürücü sərnişini döyərək mobil telefonunu əlindən alıb - BAKIDA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kürdəmir rayon sakini Ceyhun Ərəbxanov bununla bağlı polisə şikayət edib

Bakıda sürücü sərnişini döyərək mobil telefonunu əlindən alıb. 

Kürdəmir rayon sakini Ceyhun Ərəbxanov ərizə ilə 16-cı PB-yə müraciət edərək bildirmişdir ki, yanvarın 11-i saat 22:30 radələrində C.Məmmədquluzadə küçəsində 82 nömrəli avtobusda sürücüsü və yanında olan 2 nəfər şəxs avtobusda onu döyərək 2 ədəd mobil telefonunu əlindən alıblar. 

Bakı Şəhər Baş Polis İdarəsindən ans press-ə verilən məlumata görə, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Mingəçevir şəhər sakini Müseyib Nəsirov, Ağdaş rayon sakini əvvəllər məhkum olunmuş Pünhan Qurbanov tutulmuş, digər iştirakçının tutulması istiqamətində əməliyyat tədbirləri keçirilir.

Qaynar.info