Xəbər lenti

Sürücü və 22 nəfər sərnişindən xəbər var - FHN məlumat yaydı
Ölkə17:10 05.06.2022

Sürücü və 22 nəfər sərnişindən xəbər var - FHN məlumat yaydı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri Şəkidə qəzaya uğrayan sərnişin avtobusunda müxtəlif bədən xəsarətləri ilə sürücü və 22 nəfər sərnişini qəzaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Bu barədə Qaynarinfo-ya FHN-dən bildirilib.
Qeyd edilir ki, nazirliyin "112" qaynar telefon xəttinə Şəki şəhərində "İsuzu” markalı sərnişin avtobusunun dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif bədən xəsarətləri ilə sürücü və 22 nəfər sərnişini qəzaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
xxx
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şəki şəhərində "İsuzu” markalı sərnişin avtobusunun dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Bu barədə Qaynarinfo-ya FHN-ə istinadən xəbər verir.
Dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Əlavə məlumat veriləcək.