Xəbər lenti

Sürücü yol polisini vurub qaçdı
Ölkə05:50 08.05.2013

Sürücü yol polisini vurub qaçdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda polis əməkdaşını maşın vurub.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Parlament prospektində qeydə alınıb. Naməlum sürücü idarə etdiyi “Kia” markalı maşınla həmin ərazidə xidmətdə olan Dövlət Yol Polis İdarəsinin inspektoru, polis baş serjantı, 47 yaşlı Oruc Təvəkkül oğlu Tağıyevi vuraraq hadisə yerindən qaçıb. O. Tağıyev xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info