Xəbər lenti

Sürücülərə hava xəbərdarlığı: yola çıxmayın...
Ölkə06:58 13.02.2017

Sürücülərə hava xəbərdarlığı: yola çıxmayın...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gecədən başlayaraq şaxtalı hava şəraiti bəzi bölgələrdə yollarda problemlər yaradıb. Əsasən dağ kəndlərinin yollarında hərəkət çətinləşib.
Cebhe.info xəbər verir ki, “Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəfli avtomobil yollarında hərəkətin normal olduğunu bildirib:
“Dağlıq və dağətəyi rayonlara qarın yağması avtomobil yollarına ciddi təs etməyib. Problem yaşanan ərazilərə "Azəravtoyol" ASC-nin texnikası və canlı qüvvəsi cəlb olunaraq, yolların qar və buzdan təmizlənməsi istiqamətində tədbirlər görülüb.
Hazırda da bir-çox ərazilərə qar yağmağa davam etdiyindən bu istiqamətdə işlər davam etdirilir. Buna baxmayaraq, hazırlıqsız sürücülərin yollara çıxması tövsiyə olunmur”.
Qaynarinfo.Az