Xəbər lenti

Sürücülərə təkər bazarı ilə bağlı xəbərdarlıq: Alarkən mütləq diqqət edin
Ölkə09:17 10.04.2026

Sürücülərə təkər bazarı ilə bağlı xəbərdarlıq: Alarkən mütləq diqqət edin

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Elan saytlarında və sosial şəbəkələrdə istehsal ili saxtalaşdırılan avtomobil şinləri satılır.
Qaynarinfo Xəzər TV-yə istinadən xəbər verir ki, satışda olan bəzi təkərlərin üzərindəki rəqəmlər əsl həqiqəti əks etdirmir. İşbazlar xüsusi üsullarla köhnə şinlərin üzərindəki istehsal tarixini silib yerinə yeni tarix yazırlar.
Saxta möhürlə dırnaqarası təzələnmiş təkər təkcə maddi ziyan deyil, həm də yollarda hər an qəza riski deməkdir. Vaxtı keçmiş rezin daxildən çürüməyə başladığı üçün ən kiçik təzyiqdə faciəyə yol aça bilir.
Mütəxəssislər sürücülərə tövsiyə edirlər ki, təkər alarkən yalnız rəqəmlərə güvənməsinlər, rezin hissənin teksturuna və tarixin yazıldığı hissədə kələ-kötürlüyün olub-olmamasına mütləq diqqət yetirsinlər.